Fallout | |
---|---|
Janrlar | |
Yaradıcılar | |
Nəşrçilər |
|
Müəlliflər | Tim Keyn[1] |
Platformalar | |
İlk buraxılış | Fallout 10 oktyabr 1997 |
Son buraxılış | Fallout 76 14 noyabr 2018 |
Rəsmi vebsaytı | fallout.bethsoft.com |
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur.
Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş[2] və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır.
"Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.[3] "Bethesda" seriyanı satın alındıqdan sonra "Fallout"un kütləvi çoxnəfərli onlayn rol oyunu (MMORPG) versiyasını istehsal etmək hüququnu "Interplay" şirkətinə lisenziyalaşdırmışdır. Oyun "Interplay" tərəfindən beta mərhələsinə çatdırılmış,[4] lakin sonradan iki şirkət arasında yaranan mübahisə səbəbilə ləğv edilmişdir.[5]